Mərkəzi Seçki Komissiyasının elanı

E L A N

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə 2024-cü il yanvarın 15-i saat 14:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasında püşkatma keçiriləcəkdir.

Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası