Məzahir Pənahov Özbəkistan MSK-nın sədri Zayniddin Nizamxodjayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

07 fevral 2024 13:58

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 7-də Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxodjayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Məzahir Pənahov Azərbaycanla Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

O, qonaqlara seçki prosesi barədə məlumat verib. Bildirib ki, ölkəmizdə seçicilər və müşahidəçilər üçün bütün şərait yaradılıb.

Seçkiləri izləmək üçün 90 mindən çox müşahidəçinin qeydiyyata alındığını deyən M.Pənahoov üç təşkilatın “exit-poll” keçirdiyini bildirib.

Özbəkistan nümayəndə heyətinin Azərbaycanda çox səmimi qarşılandığını qeyd edən Zayniddin Nizamxodjayev ölkələrimiz arasında sıx əlaqələrinin olduğunu, hər iki ölkənin strateji tərəfdaşlıq əlaqələri qurduqlarını bildirib.

O, Azərbaycanda seçki komissiyaları öz işlərini çox mükəmməl şəkildə qurduqlarını, müşahidələrinə əsasən, seçkilərdə xüsusilə də gənclərin daha fəal şəkildə iştirak etdiklərini bildirib. “Hər şey şəffaf və qaydalara uyğun şəkildə həyata keçirilir. Ümid edirik ki, Azərbaycan xalqı gələcək inkişafı naminə ən yaxşı namizədinə səs verəcək”, - deyə o əlavə edib.

AZƏRTAC