Saat 15:00-a olan məlumata görə, seçicilərin 60 faizdən çoxu səs verib

07 fevral 2024 15:31

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair seçki fəallığı ilə bağlı növbəti məlumatı açıqlayıb.

Fərid Orucov saat 15:00-a olan məlumata görə, seçicilərin 60,54 faizinin (3 milyon 922 min 187 nəfər) səs verdiyini bildirib.

AZƏRTAC