Saat 17:00-dək 4 milyon 590 min 75 nəfər seçici səs verib

07 fevral 2024 17:40

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair seçki fəallığı ilə bağlı növbəti məlumatı açıqlayıb.

Fərid Orucov saat 17:00-a olan məlumata görə, seçicilərin 70.85 faizinin (4 milyon 590 min 75 nəfər) səs verdiyini bildirib.

AZƏRTAC