Prezident seçkilərində seçici fəallığı ilə bağlı yekun məlumat açıqlanıb

07 fevral 2024 21:47

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermədə seçici fəallığı ilə bağlı yekun məlumatı açıqlayıb.

Fərid Orucov saat 19:00-a olan yekun məlumata görə, respublika üzrə seçicilərin 76.73 faizinin (4 milyon 971 min 32 nəfər) səs verdiyini bildirib.

AZƏRTAC